Xəbərlər

Milli Kitabxanada “Süleyman Sani Axundov – 150” adlı sərgi açılıb

Milli Kitabxanada görkəmli Azərbaycan dramaturqu, nasir, maarif xadimi, yazıçı və pedaqoq Süleyman Sani Axundovun 150 illiyi münasibətilə ənənəvi kitab sərgisi açılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə kitabxanadan məlumat verilib.

Verilən məlumata əsasən, sərgidə dramaturqun hekayələri, povestləri, elmi-publisistik materialları, həmçinin onun həyatı, müasirləri ilə əlaqələri haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunub.