Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbana Macarıstanın milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda qeyd olunub.
Dövlət başçısı məktubunda vurğulayıb ki, hazırda ikitərəfli gündəlikdə duran məsələlərin əhatə dairəsi çox genişdir:
“Sevindirici haldır ki, Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır”.



