Türkiyədə “Hazardan Akdeniz’e” – Türkiyə və Azərbaycan qadın yazarlarının ortaq antologiyası işıq üzü görüb. Bu barədə “Füyuzat”a antalogiyanın Azərbaycan üzrə redaktoru Aysel Nəsirzadə bildirib.
Türkiyədə yeni işıq üzü görən “Xəzərdən Aralıq dənizinə” (“Hazardan Akdeniz’e”) adlı antologiya Türkiyə və Azərbaycan qadın yazarlarını bir araya gətirərək iki qardaş ölkənin ədəbi əlaqələrində yeni səhifə açıb. Nəşrdə hər iki ölkədən tanınmış qadın müəlliflərin qələmə aldığı hekayələr və şeirlər toplanıb.
Antologiyanın redaktorları Aysel Nəsirzadə (Azərbaycan) və Ayşe Ay (Türkiyə) bildiriblər ki, layihənin əsas məqsədi qadın yazarların səsini daha geniş auditoriyaya çatdırmaq və ədəbiyyat vasitəsilə mədəni körpüləri möhkəmləndirməkdir.
“Hazardan Akdeniz’e” ədəbiyyatda qadın imzasının gücünü, yaradıcı enerjisini və iki xalqın ortaq mədəni dəyərlərini birləşdirən mühüm nəşr kimi dəyərləndirilir. Antologiya həm ədəbi mühitdə, həm də oxucular arasında böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Hazardan Akdeniz’e” layihəsi Azərbaycanda fəaliyyət göstərən “Zərif Kölgələr” ədəbi saytı ilə Türkiyədə yayımlanan “Güfte Edebiyat” dərgisinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.



