Xəbərlər

Şimali Koreya yenidən ballistik raket buraxıb

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket atdığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Koreya Baş Qərargahı və Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 06:53-də Yapon dənizinə doğru ballistik raket atdığı bildirilib.

Açıqlamada orta mənzilli olduğu güman edilən raketin Yapon dənizinə düşdüyü qeyd edilib.

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın atdığı raketin 100 kilometr yüksəkliyə çata biləcəyini, havada maksimum 650 kilometr məsafə qət etdiyini və Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşdüyünü açıqlayıb.

Bildirilib ki, raketin düşdüyü ərazidə hərəkət edən dəniz və hava elementlərinə heç bir ziyan dəyməyib.