ABŞ rəhbərliyinin İsrailə 18 milyard dollar dəyərində 50 ədəd F-15 döyüş təyyarəsi satmağa hazırlaşdığı bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə CNN adı açıqlanmayan Bayden administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.
Məlumatda İsrailin ilk dəfə 2023-cü ilin yanvarında almaq üçün müraciət etdiyi döyüş təyyarələri ilə bağlı Bayden rəhbərliyi ilə Konqres arasında çox sayda görüşlərin keçirildiyi və qeyri-rəsmi prosesin tamamlandığı bildirilib.
Yanvarın 30-da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Michael McCaul tərəfindən dəstəklənən satışla bağlı rəsmi bildirişin Bayden administrasiyasından tezliklə Konqresə göndəriləcəyi gözlənilir.