Xəbərlər

Şuşada hərbçilərin Zəfər yürüşü başlayıb

Şuşada 8 Noyabr – Zəfər günü münasibətilə hərbçilərin Zəfər yürüşü keçirilir.

“Füyuzat”ın məlumatına görə, şəhərin Bayraq Meydanından başlayan yürüş Qala divarlarına qədər davam edəcək.

Hərbi orkestrin müşayiətil ilə keçirilən yürüşdə ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edirlər.