Xəbərlər

Stoltenberq Ukraynanın NATO-ya üzv olacağını təsdiqləyib

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın NATO üzvü olmasının lazımlılığını təsdiqləyib. Lakin bunun nə vaxt baş verəcəyi barədə məlumat verməyib.

“Füyuzat”ın məlumatına görə, Stoltenberq bunu NATO-nun 75-ci ildönümünün qeyd olunmasına həsr olunmuş Brüsseldə alyans ölkələrinin xarici işlər başçılarının görüşündə jurnalistlərə açıqlamasında deyib.

“Ukrayna NATO-ya üzv olacaq, “əgər” yox, “nə vaxt” sualı var”, – o deyib.

Bundan əvvəl Avropa mediası Ukraynanın iyulda Vaşinqtonda keçiriləcək sammitdə alyansa dəvət almayacağını, əvəzində onun üçün 5 il ərzində 100 milyard dollarlıq hərbi yardım fondunun yaradıla biləcəyini yazmışdı.