Xəbərlər

Azərbaycanın onlarla xəbər saytı çöküb – SƏBƏB

Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb.

“Füyuzat”ın məlumatına görə, problem beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan “Cloudflare”də baş verən kütləvi nasazlıqla əlaqələndirilir.

“Cloudflare”in infrastrukturunda yaranan texniki problem nəticəsində bir sıra platformalar əlçatmaz olub və oxucular saytların yüklənməsində çətinliklərlə üzləşiblər.

Şirkət daha sonra açıqlama verəcəyini bildirir.

Qeyd edək ki, hazırda Azərbaycanda saytların böyük əksəriyyəti ilə yanaşı, bankların tətbiqləri və digər ödəniş sistemlərində də problemlər yaranıb.