Xəbərlər

ADNSU-da bəzi ixtisasların plan yeri azaldılacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov: “Hazırda gənclər informasiya texnologiyaları, data analitikası və bu kimi sahələrə daha çox maraq göstərirlər. Lakin qeyd etmək istəyirəm ki, ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən bəzi sahələrə maraq nəzərəçarpacaq dərəcədə azalıb. Məsələn, geologiya, cihaz mühəndisliyi və maşın mühəndisliyi kimi ixtisaslar son dərəcə vacibdir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rüfət Əzizov “AZƏRTAC”a açıqlamasında bildirib.

Rüfət Əzizov qeyd edib ki, trendlər və qəbul balları təhlil edildikdən sonra bəzi ixtisaslarda plan yerlərinin azaldılması ilə bağlı qərar veriləcək.