Avstriyalı rəssam Qustav Klimtin “Elizabet Ledererin portreti” əsəri Nyu-Yorkda keçirilən hərracda 236,4 milyon dollara satılaraq müasir incəsənət tarixində indiyə qədər hərracda satılan ən bahalı əsər olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “CNN International” məlumat yayıb.
Qeyd edək ki, əsər II Dünya müharibəsi zamanı Avstriyada İmmendorf qəsrindəki yanğında məhv olmuş digər Klimt rəsmlərindən ayrılaraq məhv olmaqdan xilas edilib.



