Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mətbuat Şurasının IX qurultayı keçirilir.
“Füyuzat” xəbər verir ki, tədbirdə 225 nümayəndədən 201 nəfərin iştirakı təsdiqlənib.
Qurultayda İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.
Seçki bülleteninə 46 namizəd daxil edilib. Onlardan jurnalistlər arasından 14, ictimaiyyət nümayəndələri arasından isə 9 nəfərin İdarə Heyətinə seçilməsi nəzərdə tutulur.
Qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət də ünvanlayıblar. Müraciətdə medianın inkişafı, jurnalistlərin peşəkarlığı, informasiya təhlükəsizliyi və milli maraqların qorunması məsələləri vurğulanıb.



