Xəbərlər

Qadın rəssamlar üçün hərrac rekordu qırılıb

Meksikalı rəssam Frida Kahlonun 1940-cı ildə çəkdiyi “El sueno” avtoportreti Nyu-Yorkda keçirilən hərracda 54,7 milyon dollara satılıb. Əsər tarixə qadın rəssamın hərracda indiyə qədər əldə etdiyi ən yüksək satış qiyməti kimi düşüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Guardian” məlumat yayıb.

Satış 2014-cü ildə 44,4 milyon dollara satılan “Georgia O’Keeffenin Jimson Weed/White Flower No. 1” əsərinin rekordunu üstələyir. Əsər həmçinin Latın Amerikası incəsənət kateqoriyasında yeni bir rekord qırıb. Əvvəlki rekord 2021-ci ildə 34,9 milyon dollara satılan Kahlonun “Diego y Yo” əsərinə məxsus idi.

Qeyd edək ki, hərrac evi əsərin yeni sahibinin kimliyini açıqlamayıb.