“Qərb ölkələrinin hərbi rəsmiləri və ekspertləri Ukraynada keçirilən xüsusi əməliyyat zonasında Rusiyanın hərbi potensialının güclənməsindən narahatdırlar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.
Nəşrin fikrincə, potensialın gücləndirilməsi gələcəkdə Moskvaya üstünlük verə bilər. Qərbdə narahatlıq doğuran əsas məsələ isə Rusiya Federasiyasının istifadə etdiyi, bir neçə on kilometrlik məsafədən nəzərdə tutulan hədəfə qədər buraxıla bilən sürüşmə bombalarıdır.
“Müharibədən əvvəl təxminən 2,5-3 min mərmi kimi qiymətləndirilən Rusiya raketlərinin ilkin ehtiyatı da təxminən 3 dəfə aşağı qiymətləndirilib”, – qəzet Strateji Araşdırmalar Fondunun köməkçi tədqiqatçısı Vinsent Turredən sitat gətirib.