Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTMT KTŞ) iclası başlayıb.
“Füyuzat”ın “Report”a istinadən məlumatına görə, bu barədə Qırğızıstan KİV-lərindən məlumat yayılıb.
Belarus, Qazaxıstan, Rusiya və Tacikistan prezidentləri Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Vladimir Putin və Emoməli Rahmon “Intımak Ordo”ya gəliblər. Onları Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.Fotoçəkiliş mərasimindən sonra KTMT KTŞ-nin məhdud formatda iclası başlayıb.



