Xəbərlər

İranda polis məntəqələrinə hücum edən 15 terrorçu zərərsizləşdirilib

İranda Rask və Çabahar şəhərlərində polis məntəqələrinə hücum edən 15 terrorçu zərərsizləşdirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

İran KİV-ləri qeyd edib ki, polis məntəqələrinə edilən terror aktı zamanı 8 təhlükəsizlik qüvvəsi həlak olub, 10 nəfər yaralanıb.

İranın təhlükəsizlik nazirinin müavini bundan əvvəl 8 terrorçunun öldürüldüyünü, digərlərinin isə mühasirədə olan yaşayış evində gizləndiyini bildirib.

Hücum gecə saatlarında Rask və Çabahar şəhərlərində baş verib. Hücumu “Ceyş əl-Ədl” qruplaşması həyata keçirib. Təhlükəsizlik qüvvələrinin 3 əməkdaşının öldürüldüyü bildirilib.

İran rəsmiləri sözügedən hücumla bağlı İsraili günahlandırıb.