NATO nümayəndələri təhlükəsizlik zəmanəti və Ukraynanın alyansa qəbul edilməsi müqabilində Kiyevin əraziləri Rusiyaya verməsi variantını müzakirə edirlər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “La Repubblica” qəzeti yazır.
Qəzet qeyd edir ki, belə bir ssenari rəsmi müzakirələrdə təklif olunmur, əksinə, qeyri-rəsmi şəkildə gündəmə gətirilir və xüsusilə ABŞ-da seçkilər öncəsi getdikcə artır. “Belə bir ssenari uzun müddətdir ki, ekspertlər tərəfindən Ukraynadakı münaqişənin sona çatması üçün ən məqbul variant kimi görülür. Bu, siyasi səviyyədə nəzərdən keçirilməsə də, ABŞ prezidenti Co Baydenin seçkilərdə məğlubiyyəti kontekstində getdikcə daha ciddi qəbul edilir”.
Nəşr yazır ki, ABŞ-ın hakim dairələrində Donald Trampın qalib gəlməsi halında, onun Ukrayna siyasətində konkret “sülhməramlı” mövqe görürlər.
Qəzetin fikrincə, belə bir ssenari xüsusilə Trampın Ağ Evə qayıtmasının real perspektivi qarşısında Konqresdə bloklanan Kiyevə yardımın buraxılmasını sürətləndirəcək. Əslində, Ukraynanın NATO-ya qəbulunun sürətləndirilməsi ilə bağlı mövqeyin yumşaldılması məhz bu mülahizələrdən irəli gəlir.
Eyni zamanda, noyabr seçkiləri faktoru qlobal qərarların qəbulu üçün bir növ “stop”a çevrilir. Nəşrin fikrincə, qalan aylarda Bayden administrasiyası ilə danışıqlar perspektivini Moskva üçün cəlbedici adlandırmaq çətin deyil, bu vəziyyətdə, eləcə də Rusiyanın münaqişə zonasında hücum hərəkətlərini nəzərə alaraq, ABŞ seçkilərinin nəticələrini gözləmək daha sərfəlidir.