14-20 dekabr tarixlərində Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək.
“Füyuzat”ın məlumatına görə,bu münasibətlə qardaş ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri və aparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş geniş konsert proqramı keçiriləcək.
Dekabrın 15-də Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası gerçəkləşəcək.
Mədəniyyət günləri çərçivəsində “Navruz” rəqs ansamblı, Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert proqramları təşkil ediləcək.
Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkə tərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilən Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.
Eyni zamanda Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçün mədəni proqram da təşkil olunacaq.
Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilib.



