Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və “İşıq” jurnalının baş redaktor müavini Əsəd Aslanoğlu “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.
Qeyd edək ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu iki tarixi mətbu orqanı – “Füyuzat” (1906–1907) və “İşıq” (1911–1912) jurnallarını 100 il sonra bərpa etmişdir.
Fond həmçinin ilk qadın mətbuatı “İşıq” qəzetinin və “Dirilik” məcmuəsinin toplusunu transliterasiya və nəşr edərək tədqiqatçıların istifadəsinə vermişdir.



