Xəbərlər

Azərbaycanlı rəssam Hollivudda öz əsərlərindən ibarət muzey açıb

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki Hollivud bölgəsində azərbaycanlı rəssam Nazim Hacıyevin əsərlərindən ibarət daimi vernisaj (muzey) açılıb.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, rəssam bildirib ki, muzey dekabrın 21-dən fəaliyyətə başlayıb.

Muzeyin açılış mərasimində Hollivud administrasiyasının təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri, o cümlədən prodüser Aleks Volman və Qərbi Hollivud Şəhər Şurasının üzvü Denni Hanq da iştirak ediblər.

Muzeydə rəssamın 1997-2022-ci illərdə çəkdiyi 50-dən çox tablo sərgilənir. Əsərlər Nazim Hacıyevin banisi olduğu ezoterikizm tərzində işlənib. Sərgilənən əsərlər arasında dünyanın ən kiçik yağlı boya tablosu da var.