Yanvarın 9-da Azərbaycan Mətbuat Şurasında Şuranın Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək.
“Füyuzat” xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib.
Qeyd edək ki, komissiya Mətbuat Şurasının İdarə Heyətinin 2025-ci ildəki son iclasında yenidən formalaşdırılıb. Sədr “APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı olmaqla, qurumun tərkibində İdarə Heyətinin digər üzvlərindən – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyi məqbul sayılıb. Eyni zamanda, dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlərin görülməsi qərara alınıb.



