“Birləşmiş Ştatlar Yaxın Şərqdə daha böyük münaqişənin olmasını istəmir və İranla qarşıdurma yaratmağa çalışmır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahunu İranın zərbələrinə cavab verməməyə inandıra bilib-bilməyəcəyi ilə bağlı sualı cavablandırıb:
“İsrail hakimiyyəti özü hücuma cavab verməklə bağlı qərar verməlidir”.
Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi brifinqdə jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar İsrailin İranın zərbəsinə potensial cavabının bir hissəsi olmayacaq.