Turizm və əyləncə sənayesində diqqətçəkən yenilik baş verib. Dünyada ilk dəfə olaraq tamamilə “Harry Potter” mövzusunda dizayn edilən tematik hotelin açılması planlaşdırılır. Layihə Avropada, Almaniyanın Bavariya bölgəsində yerləşən məşhur əyləncə kompleksi LEGOLAND Deutschland Resort ərazisində həyata keçiriləcək.
“Füyuzat” xəbər verir ki, hotel “Warner Bros. Discovery Global Experiences” və “Merlin Entertainments” şirkətlərinin əməkdaşlığı ilə inşa olunur. Layihənin məqsədi “Harry Potter” kainatının sehrli atmosferini real məkan şəraitində canlandırmaq və azarkeşlərə unikal yaşayış təcrübəsi təqdim etməkdir.
Qeyd edək ki, bu layihə rəsmi lisenziya əsasında həyata keçirilir və indiyədək mövcud olan fan-hotellərdən və qeyri-rəsmi tematik məkanlardan fərqli olaraq, ilk rəsmi “Harry Potter” konseptli otel kimi tarixə düşəcək.



