Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki zona üzrə 9 və 15 mart tarixlərində baş tutacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Ümumi (9 illik) orta təhsil üzrə buraxılış imtahanları isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində keçiriləcək.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərini əhatə edəcək.
Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi 19 aprel tarixində təşkil olunacaq.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinə uyğun sınaq imtahanları may ayında keçiriləcək.
Həmin qruplar üzrə ikinci mərhələnin ilk cəhdi isə may–iyun aylarında baş tutacaq. Bu imtahanlarda iştirak üçün qeydiyyat aprel–may aylarında aparılacaq.



