Xəbərlər

İran: İsrail hücum edərsə, əvvəllər istifadə etmədiyimiz silahlardan istifadə edəcəyik

“İsrail İrana hücum edərsə, əvvəllər istifadə etmədiyimiz silahlardan istifadə etməyə hazırıq”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Parlamentinin Təhlükəsizlik Şurasının sözçüsü Əbülfəzl Amuyi bildirib.

“Daha əvvəl istifadə etmədiyimiz silahları istifadə etməyə hazırıq. Hər ssenari üçün planımız var. İsrail məntiqli davranmalıdır”, – Amuyi qeyd edib.