Xəbərlər

Berlinin elektrik şəbəkəsinə hücumla bağlı məlumat verənlərə 1 milyon avro mükafat veriləcək

Almaniyanın paytaxtı Berlin şəhərində təxminən 100 min sakinin günlərlə işıqsız qalmasına səbəb olan hücumun araşdırılmasına kömək edəcək dəqiq məlumat təqdim edənlərə 1 milyon avro mükafat veriləcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Berlin əyalətinin Daxili İşlər Naziri İris Spanger elektrik kabellərinə hücuma səbəb olan məlumata görə 1 milyon avro mükafat təklif etdiyi barədə məlumatları təsdiqləyib. Federal hökumətin bu məbləği məqbul hesab etdiyini bildirib.