Xəbərlər

Fəlakətə çevrilən tədbir

1986-cı il 27 sentyabrda ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində qeyri-adi hadisələrdən biri baş verdi. Yerli United Vay xeyriyyə təşkilatı dünya rekordu qırmaq və ianə toplamaq məqsədilə Ballonfest 86 adlı kütləvi şar buraxılışı təşkil etdi. Şəhərin mərkəzində, Terminal Toverin yaxınlığındakı Public Square meydanından təxminən 1,4–1,5 milyon helium şarı havaya buraxıldı. Tədbirdə 100 000- ə yaxın insan iştirak edirdi.

Əslində, çox gözəl və şən bir tədbirin keçirilməsi nəzərdə tutulmuşdu, lakin tədbir tez zamanda problemə çevrildi. Əvvəlcə güclü küləklər şarların çoxunu şəhərin şimalına apardı və yağış şarların dərhal yerə düşməsinə səbəb oldu. Küçələr havada süzülən şarlarla doldu, kiçik yol-nəqliyyat qəzaları baş verdi və yaxınlıqdakı hava limanı uçuş-enmə zolaqlarını müvəqqəti olaraq bağlamağa məcbur oldu.

Şarlar göldə itkin düşmüş iki balıqçının axtarışı ilə məşğul olan Sahil Mühafizəsinin işinə də mane oldu. Xilasedicilər suyun üzərində üzən minlərlə şar səbəbindən görmə çətinliyi yaşadı və təəssüf ki, həmin iki nəfər sonradan ölü tapıldı. Hadisə nəticəsində dəymiş ziyan və təmizlik xərclərinə görə təşkilatçılar məhkəmə iddiaları və maliyyə itkiləri ilə üzləşdilər.

Bu gün Ballonfest 86 əyləncəli və xeyriyyə məqsədli bir ideyanın necə gözlənilmədən xaosa və ekoloji problemlərə səbəb ola biləcəyini göstərən qəribə və ibrətamiz bir hadisə kimi xatırlanır.

Bu hadisə çoxsaylı məqalələrin mövzusu olub və onunla bağlı film də çəkilib.