Xəbərlər

Milli Xalça Muzeyində “Aether” adlı qrup sərgisi açılıb

Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi ilə fəaliyyət göstərən “LèRami” art studiyasının tələbələrinin iştirakı ilə “Aether” adlı qrup sərgisi açılıb.

”Füyuzat” xəbər verir ki, sərgidə 35 rəssamın 85 əsəri yer alıb. Böyüklərlə yanaşı uşaqlar da bu sərgidə iştirak edərək öz istedadlarını nümayiş etdiriblər.

Sərgidə Təranə Quliyeva, Fidan Vəlizadə, Asiman Şükürova, Vüsalə Nuruzadə, Günel Amanova, Zümrüd Məmmədova və başqaları rəsm əsərləri ilə iştirak ediblər.

Bu sərgi Ramilə Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin bədii inkişafını qeyd etmək üçün mükəmməl bir fürsətdir. Sərgi, həmçinin tələbələrin yaradıcılıq çeşidini və sənətə olan yanaşmalarını nümayiş etdirib.