Hər il mütəmadi olaraq Türkiyədə təşkil olunan TEKNOFEST texnologiya yarışına qeydiyyat prosesi başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, Şanlıurfada keçiriləcək yarışlara qeydiyyat prosesi fevralın 20-dək davam edəcək. Yarışa qoşulmaq istəyənlər https://www.teknofest.org/tr/ saytına müraciət edə bilərlər.
Qeyd edək ki, “TEKNOFEST-2026” sentyabrın 30-dan oktyabrın 4-dək keçiriləcək.



