Meta ölümdən sonra belə sosial media hesablarını aktiv saxlaya bilən süni intellekt texnologiyası üçün patent alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Business Insider” məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin dekabr ayında “Meta”ya verilən patent istifadəçinin sosial media davranışını “simulyasiya etməyi” nəzərdə tutur.
Patentdə süni intellekt istifadəçi adından şərh yazmaq, bəyənmək və mesajlara cavab vermək kimi fəaliyyətlər həyata keçirə biləcəyi bildirilir.



