“Bu təlatümlü vaxtlarda indi ABŞ-dan respublikaçılardan Ukraynaya dəstəyin daha intensiv şəkildə davam etdirilə biləcəyinə dair siqnalların gəlməsi ümidverici bir əlamətdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok söyləyib.
“Qərb dövlətlərinin Ukraynanı hər şeylə dəstəkləməklə güc nümayiş etdirə biləcəyi barədə çox danışılıb. Bu səbəbdən, Almaniya hökuməti amerikalılar arasında hələ də yardım paketini dəstəkləməyənlərin olmasını anlamır. Buna baxmayaraq amerikalıların mühüm və aktiv dəstəyi hələ də davam edir”, – Berbok bildirib.