Azərbaycanı “Avroviziya 2026” Beynəlxalq Mahnı Müsabiqəsində JIVA səhnə adı ilə çıxış edən Cəmilə Həşimova təmsil edəcək. Onun müsabiqədə ifa edəcəyi mahnı “Just Go” adlanır. Mahnı sevgi, dərin duyğular və insanlar arasındakı emosional bağ mövzusuna həsr olunub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “İTV” məlumat yayıb.
Qeyd edək ki, 70-ci “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Yarışma 12, 14 və 16 may 2026-cı il tarixlərində baş tutacaq. Azərbaycan təmsilçisi ilk olaraq ikinci yarımfinalda, yəni 14 may tarixində finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.



