Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri iqtisadiyyat və rəqabət kimi məsələləri müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.
“Füyuzat”ın məlumatına görə, Aİ-yə üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Belçikanın paytaxtı Brüsseldə keçirilən Aİ Liderlər Sammitinin ikinci gün sessiyası başlayıb.
Sammitin girişində açıqlama verən Aİ Şurasının sədri Şarl Mişel Avropanın daha çox investisiyaya ehtiyacı olduğunu deyib.
Liderlər arasında müxtəlif proqramlar üçün birgə borclanma ilə bağlı müzakirələr aparıldığına diqqət çəkən Mişel bəzi ölkələrin birgə borclanmanın tərəfdarı, bəzilərinin isə əleyhinə olduğunu bildirib.
Mişel vurğulayıb ki, Aİ daxilində kapital bazarları birliyinin yaradılması və Avropa İnvestisiya Bankının strateji sektorlarda investisiya potensialının artırılması üçün konkret təkliflər masadadır.