Xəbərlər

Gürcüstan prezidenti xarici agentlər haqqında qanuna veto qoyacağını bildirib

Gürcüstan prezidenti Salome Zurabişvili parlamentdə qəbul ediləcəyi təqdirdə xarici agentlər haqqında qanuna veto qoyacağını bildirib.

“Füyuzat”ın məlumatına görə, Gürcüstan prezidenti bu barədə BBC-yə deyib.

“Mən, həqiqətən də, Avropa İttifaqının tövsiyələrinə zidd gedən bütün digər qanunları veto etdiyim kimi, bu qanunu da veto edəcəyəm”, – Zurabişvili qeyd edib.

Onun sözlərinə görə, parlamentdə hökuməti formalaşdıran partiya nümayəndələri çox olduğu üçün onlar vetonu ləğv edəcək. Bununla belə, o, vetodan “xalqın səsinin eşidilməsi” üçün istifadə edəcək.