Xəbərlər

Almaniyalı şərqşünas Volker Adam MİMTA Fondunun qonağı olub

Martın 19-da Almaniyanın Martin Lüter Universiteti kitabxanasının Şərq şöbəsinin rəhbəri Volker Adam MİMTA Fondunun qonağı olub.

Qonağı “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu qarşılayıb.

Görüş zamanı tərəflər arasında ikili əməkdaşlıq və Azərbaycan irsinin Almaniya kitabxanalarında tanıdılması məsələləri müzakirə olunub.

Sonda Volker Adam fondun elmi-mədəni layihələri ilə yaxından tanış olaraq, milli mədəni irsin qorunması və təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, V. Adamın rəhbərlik etdiyi şöbə Yaxın Şərq və Şimali Afrika ölkələrinə dair zəngin elmi bazaya malik olan beynəlxalq “MenaLib” platformasının əsas tərəfdaşlarından biridir.