Xəbərlər

Yunanıstan: Yaxın Şərq və Ukraynadakı böhranlar digər regionlar üçün təhlükələr yaradır

“Yaxın Şərqdə, Ukraynada, Afrikanın cənubunda baş verən böhranlar dünyanın digər ölkələri üçün də təhlükəli vəziyyət yaradır. Avropa bu böhranlara münasibətdə daha qətiyyətli mövqe tutmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Yunanıstan Xarici İşlər Nazirliyinin rəhbəri Giorgos Gerapetritis Avropa İttifaqının xarici işlər və müdafiə nazirlərinin Lüksemburqda keçirilən birgə iclasına gələrkən deyib.

“Xarici Əlaqələr Şurası bu gün Yaxın Şərq, Ukrayna və Saharadan cənub-şərqdə yerləşən Afrika ölkələrindəki böhranlar fonunda dünya üçün çox həssas bir anda görüşür. Bu böhranların iki əsas xüsusiyyəti var: böhranların getdikcə pisləşən humanitar xarakteri və digər tərəfdən, bu ölkələrdə və dünyanın digər regionlarında problemlərin dərinləşməsi, yayılması üçün daim təhlükəli şərait yaradılır”, – Giorgos bildirib.

Xarici işlər nazirinin sözlərinə görə, Avropa hazırda mühüm yol ayrıcındadır.