Xəbərlər

İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verib

İsrailin hərbi kəşfiyyat departamentinin rəhbəri Aharon Haliva 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının yaraqlılarının İsrail ərazisinə daxil olması hadisələrinə görə məsuliyyət daşıdığı bildirib və istefa verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Baş Qərargah rəisi Halivaya İsrail ordusunda 38 illik xidmətinə görə təşəkkür edib, onun ölkənin təhlükəsizliyinin təmin olunmasında böyük töhfə verdiyini qeyd edib.

Haliva öz qərarını hərbi kəşfiyyatın uğursuzluğu ilə izah edib ki, bu da HƏMAS-ın İsrailə hücumuna imkan verib və bu, Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin gərginləşməsinə səbəb olub.

Haliva həmçinin vurğulayıb ki, oktyabrın 7-də hadisələrə səbəb olan bütün amilləri və şəraiti hərtərəfli araşdıra biləcək dövlət komissiyasının yaradılmasını zəruri hesab edir.