Bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron olaraq veriləcək.
“Füyuzat” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirilən brifinqdə deyib. O bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt elektron qaydada əldə edə biləcəklər: “Bu il ümumilikdə 300 minə yaxın şagird elektron attestat alacaq”.



