Xəbərlər

MİMTA Fondunun əməkdaşı Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edir

UN-Habitat və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə paytaxtımızda keçirilən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) işinə başlayıb.

“Füyuzat” xəbər verir ki, urbanizasiya sahəsində dünyanın ən nüfuzlu qlobal konfransı hesab olunan bu tədbirdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun əməkdaşı Zeyd İsmayılzadə də iştirak edir.

17–22 may tarixlərini əhatə edən forum dünyanın müxtəlif ölkələrindən gələn geniş iştirakçı kütləsini, ekspertləri və şəhərsalma mütəxəssislərini bir araya gətirərək bu gün dünyanı narahat edən əsas urbanizasiya problemlərini müzakirə edir.

Qeyd edək ki, hər iki ildən bir təşkil edilən Ümumdünya Şəhərsalma Forumu bu il ilk dəfə Bakıda keçirilir və həftə sonunadək müxtəlif panellərlə öz işini davam etdirəcək.