Xəbərlər

Lermontovun “İsmayıl bəy” poeması Məhəmməd Əmin Rəsulzadənin tərcüməsində ­– Müstəqillik Gününə özəl

Şairin Qafqaz mövzusuna aid olan “İsmayıl bəy” poeması rus çarizminin istilaçı siyasətinə qarşı olan mübarizəyə həsr olunmuşdur.

Qızların hüsnü anı pək səxxar,
Eşqlər həp rəqibi-yekdigər,
Həp cidalü qəzavü qazilər:
Bəmbəyaz saçlı ixtiyar ərlər.

Parayı bilməyirdi bir kimsə,
Qəlblər eşqi hüsnlə məftun.
Yoxdu meydanda Moskovun çəliyi,
Nəğmələr həp sürur ilə məşhun.

VII

Gəh müvafiq və gəh müxalif olur,
Şu cahanın əcaib adəti var.
İzzəti daimi deyil dəhrin,
Hər kəsin kəndi yövmü saəti var.

Eyləmiş afitab meyli-qürub,
Bürümüş dağları bəyaz bir sis.
Gecə sakin deyildi, köylərdən,
Ovalardan gəlirdi bir çox səs.

Sürülər toplaşırdı, həp araba
Salıyordu bağırtı afaqa.
Qarılar ağlayan çocuqlarını
Alaraq səmti-əzmə amadə.

Qocalar bürgü puş, əsbsəvar,
Doldururlardı həp tüfənglərini.
Həm də yaxmaqda atəşə onlar
Nəqli müşgül nə varsa – şeylərini.

Sübh erkən Günəş edincə tülu,
Ərz süslərdən həp olunca rəha.
Dağların daməni-mühibində
Cəlbi-inzar edirdi boş səhra.

Ovalar, köylər həp boşalmış idi,
Həp dumanlaşmada yanan şeylər.
Başqa asar yox, əlaim yox…
Çünki köçmüşdü bildiyin köylər.

VIII

Vətəni tərk, qürbəti tərcih
Etdirən bir səbəb nə olsa gərək?
Qəhri peyğəmbərin ya lənətimi?
Yox, deyil öylə, ya nə olsa gərək?

Köylərə böylə bir xəbər gəlmiş:
“Gəliyor iştə düşməni-qəhhar
Hədsiz, həsrsiz quvvasıyla,
Rəhmsiz, əfvsiz və pək cəbbar.

Qəhrəmananə hərb edər çərkəs,
Gər müsavi olursa şərti-qital.
Cəngcu onların qadınları da!
Çərkəsi qorxudurmu cəngü cidal?

Edəməzdi onu bu hicrətə sövq,
Nə ölüm qorxusu, nə xövfi-qubur.
Düşmənin hamili olduğu zəncir
Yurdunu tərk eyləmiş məcbur!

Doğduğu yurdu pək sevər çərkəs,
Əmni-asayişin o talibidir…
Bu da məlum ya: qəhrəman dediyin,
Eşqin, hürriyyətin də talibidir.

Mənbə: “Dirilik” məcmuəsi, №6, 1914

Bu qaya daşları edək təslim,
İştə moskovlar, bir istehza!
Haydı, ey sərt baxışlı beşdağımız,
Səni zəncirbəndi-cəbrü-cəfa.

“Eyləsinlər!” deyə düşüncələri
Həp bu yolda yedi… sanki beşdağ.
Anlıyormuş kimi bu fikirləri
Ruslara çeşmi-kinlə baxmaqda…

Sənələr üzrə həp gəlir sənələr,
Çalışır əxzi-sarə həp əqvam.
Axmamış kafirin qanı hələ,
Beş sənə böyləliklə buldu xitam.

Dolaşıb qaldı bir zaman çərkəs,
Bir nəfəs rahət etdi vadidə.
Yenidən yapdı kəndinə bir aul
Yox onun şimdi bir əlaməti də.

Etmədə hissi-intiqami-xüruş
İxtiyarlar da, gənclər də tamam.
Kökslər həp qabarmada kindən,
Gəlmədə dəhşətilə yövmi-qiyam

Kubanın xanlarını, Ruslan bəy
Bəkləməkdə bu müttəfiqlərini.
Hərbidən baxəbər olan ləzgi
Hazır etməkdə tiğü-xəncərini.

Düşmən qafil üzrə toplanmış,
Bir yığın hissi-intiqamu kin.
Sanki bir yaz günündə bir sürünün
Başı üstündə qar durur, çin-çin.

Mənbə: “Dirilik” məcmuəsi, №10, 1915

O sənə, son baharda, bir gündə,
“Zmeyni” ilə “Jelezni” beynində.
Həp çiçəklərlə örtülü dərədən
Keçirdi biri at üstündə.

Misirin ehrami-başükuhi kimi
Yan-yana durmada böyük dağlar.
Mütəəzzim birər hüvviyyətlə
Səri-bitağ səma durur yaqınar.

Bunların arxasında beş yaşlı
Şahları başükuh, baəzəmət
İrtifayla – muri-səhab ilə
Qəlbi-nizarə salmada dəhşət.

Şəbnəmi zail etməmişdi hənüz
Məşəli-asiman çəmənlərdən.
Asmalar sallamış budaqlarını
Qayalardan və rəhgüzərlərdən.

Asmalardan daman gümüş qətərat
Fərsəruyi-farisə saçılır.
Duruyor nagəhan bizim yolçu
Yeni bir bərqi-fikirlə vurulur.

Döndərir hər yana o gözlərini
Arayır – bulmayır da məqsədini.
Atını çarnala gəh qoşudur,
Çəkiyor gəh zimami-mərkəbini.

Gəh rikabə basıb qədəmlərini,
Boylanır, rəşənak, həp bica,
Hər tərəf boş və yolçu mərkəbdən
Enərək bəlkə dinlənir də səda.

Mənbə: “Dirilik” məcmuəsi, №15, 1915

Deyərək – vəzi-guş edir ərzə
Yalnız otların xışıltı səsi
Eşidir, başqa həp nə varsa da lal.
Çatladır dərdü-qüssə sinəsini.

Gər eşitsəydi ilxının səsini,
Qəbula görsəydi öz diyarından
– Deyəyəmmi ki, müjdəlik olaraq –
O keçirdi bu yolda canından.

XII

– Kim bu? Moskovmu?..
– Yox, deyil Moskov.
Bəşməqi sadə, çəkməsi sadə,
Üzünü sətr eləməkdə külah,
Qəbzəsi xəncərin də amadə.

Dəsti-qəhharına tutulmaq üçün
Kəmərindən də seyfi avizan.
Görünür bir tapança, bir də tüfənk
Yük qilafında, sırtına cəspan.

Dağlıyı qılmayımmı mən təşxis
Bir qazakdan, nasıl da əsəbində?
Etmədim səhv mən – o çərkəsdir,
Başqalıq var əgərçi rəngində.

Mənbə: “Dirilik” məcmuəsi, №4, 1916

Transliterasiya edən: Vüqar Mirzə

Hazırlayan: Fidan Vahid