Xəbərlər

Süni intellekt modellərinin təlimi üzrə etalon dəstin yaradılması üçün 8 şəhərin məlumatından istifadə edilib

Dünyanın 8 şəhəri üzrə məlumatlar süni intellekt modellərinin təlimi üçün dünyada ilk etalon məlumat dəstinin yaradılmasının əsası olub.

“Füyuzat” xəbər verir ki, bunu Tvente Universitetinin professoru Klaudio Persello Bakıda WUF13 çərçivəsində keçirilən müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, məlumat bazası qeyri-rəsmi yaşayış məntəqələrinin xəritəyə alınması üçün zəruri olan məlumatların çatışmazlığı və köhnəlməsi problemini həll etməyə imkan verəcək.

İş prosesində alimlər yerli ehtiyaclar haqqında məlumat toplamaq üçün vorkşoplar vasitəsilə yerli təşkilatları cəlb ediblər.

“Xəritələrin keyfiyyətini yaxşılaşdırmaq üçün icmalarla davamlı əməkdaşlıq şəraitində fəal təlim dövrü istifadə olunur”,– o qeyd edib.

O vurğulayıb ki, tədqiqatlar Avropa Kosmik Agentliyi tərəfindən maliyyələşdirilir və yerli hakimiyyət orqanlarına Davamlı İnkişaf Məqsədləri (SDG) üzrə hesabatların hazırlanmasında dəstək göstərilməsinə yönəlib.