Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Tərtibat, dizayn və qrafika” mövzusunda panel təşkil edilib.
“Füyuzat”ın məlumatına görə, panel Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında təşkil olunub.
Paneldə MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, Erdem Yayınlarının baş dizayneri Ayşe Adaş və qrafik dizayner, art direktor Rəsul Həsən çıxış edərək öz təcrübələrini iştirakçılarla bölüşüblər.
Spikerlər nəşriyyat sahəsində tərtibat, dizayn və qrafikanın əhəmiyyətindən danışıb, bu sənətin incəliklərini izah ediblər. Eyni zamanda ölkəmizdə qrafik dizayn sahəsində çatışmazlıqlar, inkişafa götürən yollar və hədəflər haqqında danışılıb.
Panelin sonunda auditoriyanın sualları cavablandırılıb.