Tbilisidə Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə azərbaycanlılar və Gürcüstanda yaşayan soydaşlarımız da iştirak ediblər.
“Füyuzat” “Report”a istinadən xəbər verir ki, Azadlıq meydanında keçirilən bayram tədbirlərində iştirak edən soydaşlarımız Azərbaycan və Gürcüstan bayraqları ilə yürüşə qoşulublar.
Tədbir iştirakçıları bildiriblər ki, iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri xalqlar arasında da özünü göstərir.
Qeyd edək ki, iki gün sonra Azərbaycan da Müstəqillik Gününü qeyd edəcək. Simvolik məqamlardan biri isə odur ki, həm Gürcüstanın, həm də Azərbaycanın müstəqilliyi Tbilisinin mərkəzində, Azadlıq meydanının yaxınlığında yerləşən tarixi binada elan olunub.
Paytaxt Tbilisidə Müstəqillik Günü münasibətilə mədəni, idman və əyləncə tədbirləri davam edir.



