Xəbərlər

Çin prezidenti Serbiyaya rəsmi səfər edəcək

Çin prezidenti Si Cinpin mayın 7-də Serbiyaya dövlət səfərinə gedəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiçin mətbuat xidməti məlumat yayıb.

“Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç 7-8 may 2024-cü il tarixlərində Serbiya Respublikasına rəsmi səfər edəcək Çin Xalq Respublikasının Sədri Si Cinpini qəbul edəcək”, – məlumatda deyilir.

Xatırladaq ki, daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin bildirmişdi ki, Cinpin mayın 5-dən 10-dək Fransa, Serbiya və Macarıstanda səfərdə olacaq.