“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Günel Natiqqızının “Kəpənəklər danışanda” şeiridir. Xoş mütaliələr!
Bir qadının bağçasında
Kəpənəklər qonur gülə.
Sarı donlu balaca qız
Baxıb deyir gülə-gülə
Kəpənəklər danışar da.
Ümidləri göyə qalxır,
Ulduzlarla sayrışır da.
Ruhu uçur uzaqlara,
Kəpənəklər danışanda.
Birdən göyün gözü dolur,
Təbəssüm gözündə donur.
Bu dəfə ayrılıq olur,
Kəpənəklər danışanda.
Günəş çıxır, yağış kəsir.
Duydum qəfil bir nəfəsi
Ana, gəlir sənin səsin,
Kəpənəklər danışanda…
Müəllif: Günel Natiqqızı



