Azərbaycanda 2025-ci ildə muzeylərə gələn ziyarətçi sayı 3 milyona yaxın olub.
“Füyuzat” “Report”a istinadən xəbər verir ki, ötən il 244 muzeyə ümumilikdə 2 milyon 637 min 100 nəfər ziyarətçi gəlib.
Bu, 2024-cü illə müqayisədə, demək olar ki, eynidir. Belə ki, 2024-cü ildə muzeylərdəki ziyarətçi sayı 2 milyon 688 min nəfər olub.



