Xəbərlər

Stoltenberq: NATO Vaşinqton sammitə qədər Ukraynanın üzvlük məsələsində razılığa gəlməyəcək

“NATO-ya üzv ölkələr iyulda alyansın Vaşinqtonda keçiriləcək sammitinə qədər Ukraynanın üzvlük məsələsində razılığa gələ bilməyəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə elan olunmamış səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim konsensusa ehtiyacımız var, bütün 32 NATO üzvünün razılığa gəlməsi lazımdır, mən düşünmürəm ki, iyulda keçiriləcək sammitə qədər bu razılaşma mümkün olmayacaq, amma biz Ukraynanı NATO-ya yaxınlaşdırdığımızı nümayiş etdirəcəyik”, – Stoltenberq qeyd edib.