Loğman Məmmədovun baş redaktorluğu ilə dərc olunan “Füyuzat” dərgisinin yeni sayı oxucuların ixtiyarına verilib. “Baş redaktordan” təqdimat yazısı ilə açılan dərgi bir-birindən maraqlı ədəbi, fəlsəfi və publisistik məqalələrlə zəngindir.
Dərginin bu sayında Aygün Əzimovanın “Azərbaycan” qəzetində ordu quruculuğu mövzusu”, Mahir Qəribovun “Ə.Ağaoğlunun “Tan” qəzetindəki yazıları və milli-ideoloji görüşləri”, Dilqəm Əhmədin “Mühacir rəssama aid yeni sənədlər”, Ülviyyə Rəhmanın “Hürriyyət şairi Əbdülxaliq Cənnəti”, Ergün Qaracalının “Gürcüstan tatar milli məclisi” araşdırma yazıları yer alıb.
Yeni sayda həmçinin Tural İsmayılın “Azərbaycan mədəniyyəti – 2040”, Nigar Şahın “Beyin köçünün sosioloji trayektoriyası”, Səbinə Nemətzadə və Səbirə Nemətzadələrin “Kalliqramlar – hərflərdən təsvirə” məqalələri, Muxtar Cəfərlinin “Sədaqət varisliyi”, Sehrayyə Piriyevanın “Güzgü nədir, yoxsa kimdir?” fəlsəfi esseləri, Rəfail Salamovun “Boşluqda rəqs edən protean” hekayəsi, Əsəd Aslanoğlunun “Bir dostun olsun” şeiri ilə tanış ola bilərisiniz.
“Füyuzat”ın yeni sayını Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşən “Litera” kitab evindən əldə edə bilərsiniz. Dərginin elektron versiyası isə “litres.az” platformasında oxucular üçün əlçatandır. Həmçinin xüsusi keçid vasitəsilə jurnalın illik abunəliyindən yararlanmaq mümkündür.
Xoş mütaliələr!



