İstanbulda keçirilən 1 May nümayişində 140-dan çox insan saxlanılıb.
“Füyuzat”ın məlumatına görə, Türkiyə polisi İstanbulun mərkəzi Taksim meydanını tamamilə bağlayaraq, paytaxtın bu və digər ərazilərində polisə müqavimət göstərən 140-dan çox insanı saxlayıb.
Yerli hakimiyyət orqanları təhlükəsizliyi təmin etmək üçün meydanı bağlayan həmkarlar ittifaqları və siyasi partiyaların 1 May mitinqinə qadağa qoyub.
Əksəriyyəti gənclərdən ibarət olan aqressiv kütləni dağıtmaq üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.