Ədəbiyyat • Xəbərlər

Vətən

“Biriya”, könlüm olub aşiqi–rüxsari vətən,
Başıma düşdü yenə nəşeyi–gülzari vətən.

Hər ürək bir qəmə dünyada giriftar oldu,
Varmı bir qəlbi-mübarək, ola qəmxari–vətən.
Hər mərəz oldu əgər qabili–dərman – o, əlac,
Hər rəva gördü, şəfa tapmadı bimari–vətən.

Vətənin oğlunu qürbətdə ölüm dərk eləsə,
Can verər təzədən övladına didari–vətən.

Dəyişər məzhəb – o tarix, nəsil, hökmü–zaman,
Dəyişilməz yaradan haqq kimi asari–vətən.

Şairəm, xəstədiləm, yurdumu istər ürəyim,
Bağlıdır taleyimə taleyi–əfkari–vətən.

Müəllif: Məhəmməd Biriya