Xəbərlər

Azərbaycan Qazaxıstanda beynəlxalq festivalda təmsil olunur

Şərqi Qazaxıstan vilayətinin Katon-Karagay rayonunda “Altay: Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir.

“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, Şərqi Qazaxıstan vilayətinin akimatına istinadla xəbər verir ki, irimiqyaslı mədəniyyət hadisəsi türk xalqlarının ümumi irsinin, ənənə və dəyərlərinin təbliğinə yönəlib.

Festivalın üçgünlük ədəbi-mədəni proqramı çərçivəsində poetik gecələr, respublika akınlar yarışı və milli atüstü idman oyunları planlaşdırılıb.

Türk dövlətlərinin tanınmış ifaçılarının iştirak edəcəyi möhtəşəm qala-konsertdə Azərbaycan da təmsil olunacaq.

Festivalda Azərbaycan və Qazaxıstanla yanaşı, Türkiyə, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türk dünyasının digər bölgələrindən olan sənətçilər də öz yaradıcılıqlarını tamaşaçılara təqdim edəcəklər.